Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub
11.07.2020 [23:49]
Çinin cənubi, cənub-qərbi, şərqi və mərkəzi əyalətlərində aramsız yağışlar nəticəsində baş vermiş daşqınlar 30 milyondan çox sakinə ziyan vurub.
Daşqınlardan ən çox Tszyansi, Hubey, Hunan, Quandun, Sıçuan, Quyçjou əyalətlərinə zərər dəyib. Daşqın zonasından 1,7 milyondan çox sakin təxliyə olunub.