CƏMİYYƏT


Mingəçevirdə sərt karantin rejimində fəaliyyət göstərən bərbərxana aşkarlanıb

Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun sərt karantin rejimində qanunsuz işlədiyi məlum olub. Obyektə baxış zamanı bərbər və müştərilərin olduqları aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır