SİYASƏT


Ombudsman Tovuzun cəbhə kəndində olub

Ermənistan ordusunun təxribatı zamanı Tovuzda mülki şəxs həyatını itirib. Top mərmisi Tovuz rayonunun Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizovun yaşadığı evin həyətinə düşüb. Mərmidən ayrılan qəlpələr evində nahar etməyə hazırlaşan ahıl yaşda kişini süfrə arxasında həyatına son qoyub. Partlayış zamanı evin böyük hissəsi yararsız hala düşüb. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun evində olub. Ombudsman hadisə yerinə baş çəkib və mövcud şəraitlə tanış olub. Bildirib ki, bu təcavüz aktıdır və hadisə ilə bağlı beynəlxalq icitmaiyyət qısa zaman ərzində məlumatlandırılacaq. Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır