Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyə Prezidenti: Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq

15.07.2020 [13:20]

Xəbərin mətni

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son hücumlarını kəskin şəkildə qınadığını söyləyib. Dövlət başçısı bildirib ki, Vətənini müdafiə edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Dağlıq Qarabağın işğalından bəri bu bölgədə davam edən gərginliyin Ermənistanın sistemli hücumları nəticəsində müharibəyə çevrilməsindən narahatıq. Sonuncu hücumlar Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə olunmaqla həyata keçirilib. 

Bölmənin digər videoları