SİYASƏT
Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatları ilə əlaqədar Vaşinqtonda etiraz aksiyası keçirilib
17.07.2020 [11:50]
Xəbərin mətni
İyulun 17-də ABŞ-ın Azərbaycan icmasının üzvləri Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, aksiyada Azərbaycan icmasının Vaşinqtonda, Pittsburqda və ABŞ-nın digər şəhərlərində yaşayan üzvləri iştirak ediblər. Aksiyaya türk icmasının üzvləri də qatılıb.