CƏMİYYƏT


Bakıda 35 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 18-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.