İQTİSADİYYAT


Ukrayna Azərbaycanla birgə layihələr reallaşdırmaqda maraqlıdır

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatov və Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Bondarenko ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşlərin əsas məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribat haqqında məlumatlandırmaq, azərbaycanlı iş adamlarının bölgəyə investisiya yatırımı üçün şəffaf şəraitin yaradılması, ukraynalı sahibkarların Azərbaycana axını, diaspora təşkilatlarının fəaliyyətinə dəstəyin artırılması idi.