SİYASƏT


Bolqarıstanın “Kanal 3” televiziya kanalında Ermənistanın təxribatı barədə məlumat verilib

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın aparıcı televiziya kanallarından olan “Kanal 3”də yayımlanan “Lyubo Oqnyanov ilə hücum” verilişinə müsahibə verib. Müsahibədə N.Qurbanova cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi, həmçinin iyulun 12-13-də Ermənistan silahlı qüvvələri bölmələrinin Şahbuz və Culfa rayonları istiqamətində müdafiə mövqelərimizi atəşə tutması, bu zaman beş hektara qədər ərazinin yanması, təxribat nəticəsində Azərbaycan Ordusunun biri general olmaqla 12 hərbi qulluqçusunun və bir mülki şəxsin həlak olması barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır