DÜNYA


Çin Mars planetinin tədqiqi üçün ilk missiyaya start verib

Çin Mars planetinin tədqiq olunması üçün “Tyanven-1” (“Səmaya suallar-1”) adlı ilk zondunu kosmosa çıxarıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, “Çançjen-5” (“Böyük yürüş”-5) daşıyıcı raketi bu gün yerli vaxtla saat 12:41-də Haynan adasında yerləşən Vençan kosmodromundan start götürüb. Çin hakimiyyəti zondun kosmosa uğurla çıxarıldığı barədə məlumat yayıb.İlkin hesablamalara görə, zond təxminən yeddi ay ərzində Mars planetinə çatacaq.