SİYASƏT


Parisdə Ermənistan təcavüzünə etiraz aksiyası keçirilib

“Qarabağ Azərbaycanındır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qəhrəman Azərbaycan əsgəri!”, “Can, can Azərbaycan!” “Səninləyik, can Azərbaycan!”, “Azərbaycana ədalət!”, “Azərbaycan, Türkiyə!”, “Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”, “Ermənistan, Azərbaycana qarşı təcavüzü dayandır!”, “Ermənistan, Qarabağın işğalını dayandır!”, Ermənistan, işğalı və terroru dayandır!”, “Ermənistan Azərbaycan torpaqlarından rədd ol!”, “Ermənistan Qarabağdan çıx!”.
AZƏRTAC xəbər verir ki, bu şüarları Ermənistanın Parisdəki səfirliyinin qarşısında bu ölkənin silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata, eləcə də erməni Daşnaksutyun partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan “Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının üzvlərinin Parisdəki səfirliyimizin qarşısında icazəsiz keçirdikləri aksiyaya və səfirliyin binasına qarşı etdikləri vandalizmə etiraz yürüşündə soydaşlarımız səsləndiriblər.