SİYASƏT


Ankarada keçirilən Azərbaycana dəstək mitinqində Ermənistanın işğalçılıq siyasətinə son qoyması qətiyyətlə tələb edilib

Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə son qoymalı, işğal altındakı Azərbaycan torpaqları azad edilməli, qaçqın və məcburi köçkün azərbaycanlılar öz yurdlarına qayıtmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ankaranın Keçiörən bələdiyyəsi tərəfindən “Can Azərbaycan! Bir millət, iki dövlətik. Azərbaycan türk ordusunun əsgərləriyik!” şüarı ilə təşkil olunan mitinqdə ifadə olunub.