Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinin Hyustondakı Baş Konsulluğu bağlanıb

25.07.2020 [17:18]

Vaşinqtonun tələbi əsasında Çinin ABŞ-ın Hyuston şəhərindəki Baş Konsulluğu fəaliyyətini dayandırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, diplomatik nümayəndəliyin avadanlıq və əşyaları tam boşaldılaraq, bina təhvil verilib. Çin tərəfi binanı boşaltdıqdan bir neçə saat sonra ABŞ-ın səlahiyyətli qurumlarının nümayəndələri bura baxış keçiriblər.