DÜNYA


Türkiyənin Mersin şəhərində hərbçiləri daşıyan avtobus aşıb

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrinin şəxsi heyətini daşıyan avtobusun qəzaya düşməsi ilə əlaqədar Mersinə - hadisə yerinə gəlib.
AZƏRTAC xəbər verir ki, nazir Hülusu Akar hadisə ilə bağlı açıqlamasında bildirib ki, qəza nəticəsində dördü hərbçi, ikisi sürücü olmaqla altı nəfər həlak olub. On hərbçi yaralıdır. İlkin ehtimala görə, avtobus texniki nasazlıq səbəbindən aşıb.