DÜNYA


Urumçidə COVID-19-un ikinci dalğası ilə mübarizəyə 210 min könüllü cəlb olunub

Çinin Sincan-Uyğur muxtar regionunun inzibati mərkəzi olan Urumçi şəhərində COVID-19-un ikinci dalğası ilə mübarizəyə 210 min könüllü cəlb olunub.
AZƏRTAC xəbər verir ki, şəhərdə epidemioloji nəzarət tədbirlərində səlahiyyətli qurumların əməkdaşları ilə yanaşı, könüllülər də fəal iştirak edirlər. Könüllülər şəhərin müxtəlif yerlərində sakinlərin bədən hərarətinin ölçülməsi, qapalı rejimdə olan yaşayış məhəllələrinin sakinlərinə ərzaq və digər gündəlik tələbat mallarının çatdırılması, xüsusi qayğıya ehtiyacı olan şəxslərə baxıcılıq xidmətlərinin göstərilməsi, habelə sosial məsafənin qorunmasına nəzarət işlərinə dəstək verirlər.