CƏMİYYƏT


Bölgələrdən paytaxta qanunsuz sərnişin daşıyan sürücü həbs olunub

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Xızı rayon sakini Anar İbrahimov tutulub. Araşdırma zamanı onun idarə etdiyi avtomobillə müvafiq icazəsi olmadan Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən postdan kənar paytaxta sərnişin daşıdığı məlum olub. Saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Karantin qaydalarını pozan Anar İbrahimov məhkəmənin qərarı ilə 25 sutka inzibati qaydada həbs edilib.