Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanov rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb

29.07.2020 [18:30]

Xəbərin mətni

Paytaxtın Nərimanov rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Həsən Əliyev küçəsi 50 ünvanında Qəhrəman İbrahimova məxsus “GYMCİTY” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu aşkarlanıb.