DÜNYA


Çinin daha bir şəhərində koronavirusun ikinci dalğası müşahidə olunur

Çinin şimal-şərqindəki Liaonin vilayətinin sahil şəhəri olan Dalyanda yeni növ koronavirusun (COVID-19) yayılmasının ikinci dalğası müşahidə olunur.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, iyulun 22-də şəhərdəki dəniz məhsulları emalı müəssisəsi ilə əlaqəli ilk yoluxma faktı aşkarlanandan sonra təsdiqlənmiş yoluxanların sayı artaraq 57-yə, asimptomik xəstələrin sayı isə 34-ə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır