DÜNYA


Rusiyada yol qəzası: 8 ölü

Rusiyada baş verən ağır yol qəzasında 8 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, hadisə Beloqorsk şəhərindən Simferopola gedən mikroavtobusun yol kənarında dayanan yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı mikroavtobusda 15 sərnişin olub. Dörd sərnişin yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.