Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 35° isti olacaq

31.07.2020 [14:53]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacaq.