Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib

03.08.2020 [19:08]

Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə ön xəttdə yerləşən “N” hərbi hissədə Qurban Bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, müharibə veteranları, qazilər, şəhid ailələri, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də “Mangal Steakhouse” restoranlar şəbəkəsinin rəhbərliyi iştirak edib.