DÜNYA


Çində tarixi qala divarının uçması nəticəsində 4 nəfər xəsarət alıb

Çinin Sian şəhərində Min sülaləsi (1368-1644-cü illər) şahzadəsinin iqamətgahının qoruyucu divarının bir hissəsi uçub.
AZƏRTAC yerli hakimiyyət oqranlarının məlumatına istinadla xəbər verir ki, son günlər yağan şiddətli yağışlar 2009-cu ildə restavrasiya olunmuş 20 metr hündürlüyündəki divarın çökməsinə səbəb olub. Hadisə nəticəsində avtobus və 3 fərdi avtomobilə ziyan dəyib, 4 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Min sülaləsinin şahzadəsi Çinin rəsmi iqamətgahının divarlarının ümumi uzunluğu 2158 metrdir. İqamətgah və onun qala divarlarının qalıqları vilayət səviyyəsində qorunan vacib tarixi abidədir.