DÜNYA


İstanbulda sərnişin avtobusunun aşması nəticəsində ölən və yaralananlar var

İstanbulda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində azı beş nəfər ölüb, 25 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, qəza Marmara magistral yolunun şimalında baş verib. Xəsarət alanlar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onlardan üçü uşaq olmaqla 10 nəfərin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır