DÜNYA


Bolqarıstan-Türkiyə sərhədində baş verən meşə yanğınları yayılmaqda davam edir

Bolqarıstan-Türkiyə sərhədində baş verən və üç gündür davam edən meşə yanğınları bölgədə əsən güclü küləyin təsiri ilə artıq təxminən 15 kilometr sahədə yayılıb.
AZƏRTAC xəbər verir ki, yanğın Türkiyənin Ədirnə vilayəti ilə sərhəd bölgəsindən başlayaraq Tunca çayına doğru yayılıb. Türkiyənin Bolqarıstanla həmsərhəd əraziləri üçün təhlükə yaradan yanğının söndürülməsi üçün əraziyə çox sayda yanğınsöndürən briqada və helikopter cəlb olunub.
Bolqarıstan tərəfindən də yanğının söndürülməsi işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır