2-3 manata təklif edilən bir əsrlik kasalar, 600 manatlıq samovarlar, 10 min manata satılan xalçalar
10.08.2020 [15:06]
Xəbərin mətni
Quba sakini Ağacan Kərimov qədim xalçalar, pullar, küplər, xəncərlər, ütülər, samovarlar, misdən hazırlanan məişət əşyaları toplamaq üçün 30 ildən çox vaxt sərf edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda onun kolleksiyasında saxladığı və satışını həyata keçirdiyi dükanında 500-dən çox əntiq əşya var. Onların arasında 150-200 il yaşı olan xəncərlərə, bir əsrin yadigarı olan samovarlara, X-XIX əsrə aid pullara rast gəlmək olar.