İDMAN


“Bavariya” tarixində 6-cı dəfə Çempionlar Liqasının qalibi olub

Avqustun 23-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin həlledici görüşündə “Bavariya” (Almaniya) və “Paris Sen-Jermen” (Fransa) klubları üz-üzə gəlib.
Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luş" stadionunda keçirilən görüş “Bavariya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.