İDMAN


Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş zalının təmir-bərpa işlərindən sonra açılışı olub

Sentyabrın 23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş zalının təmir-bərpa işlərindən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev və Akademiyanın rektoru Fuad Hacıyev iştirak ediblər.