MƏDƏNİYYƏT


Tələbələr Qarabağ mənzərələrini rəsmə çevirir

Bakı Mühəndislik Universitetinin tələbələri işğaldan azad olunmuş Azərbaycan torpaqlarındakı mənzərələrini rəsmə çevirir. Bakı Mühəndislik Universitetinin Memarlıq və dizayn kafedrasının müəllimi Tünzalə Məmmədzadənin sözlərinə görə, tələbələr böyük həvəslə çəkdikləri bu mənzərələri tezliklə öz gözləri ilə görüb tabloya köçürməyi arzu edirlər.