CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə-Samux avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.