DÜNYA


İndoneziyada koronavirusa qarşı ilk peyvənd Prezident Coko Vidodoya vurulub

Yanvarın 13-də İndoneziyada koronavirusa qarşı ilk peyvənd Prezident Coko Vidodoya vurulub. Bununla da dövlət başçısı ölkədə kütləvi şəkildə peyvənd vurulmasına start verib.
AZƏRTAC xəbər verir ki, bu prosedura milli televiziyanın efirində birbaşa yayımlanıb.
İndoneziya prezident administrasiyasının rəhbəri Heru Budi Hartono bildirib ki, bu gün peyvənd yalnız dövlət başçısına vurulub. Nazirlərə və hökumətin digər üzvlərinə peyvənd başqa günlərdə vurulacaq və bunun üçün xüsusi cədvəl tərtib olunub.