DÜNYA


Filippinin cənubunda güclü zəlzələ olub

Fevralın 7-də Filippinin cənubunda yerləşən Mindanao adasında 6 bal gücündə zəlzələ baş verib.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yerli vaxtla saat 12:22-də qeydə alınan zəlzələnin episentri Davao-del Sur əyalətində, Davao şəhərindən 50 kilometr şimal-şərqdə, ocağı 15,6 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.