DÜNYA


Ərbil şəhəri raket atəşinə tutulub

İraqın Kürdüstan muxtariyyətinin inzibatı mərkəzi olan Ərbil şəhəri raket atəşinə məruz qalıb.AZƏRTAC “Al-Arabiya” kanalına istinadla xəbər verir ki, şəhərə 3 raket atılıb. Şəhərin hava limanının yaxınlığından atılan mərmilərin partlaması nəticəsində 3 nəfərin ağır yaralandığı bildirilir.Nəzərə çatdırılıb ki, şəhəri raket atəşinə tutanların məqsədi Ərbildə yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin hərbi bazasını vurmaq olub.