DÜNYA


Türkiyədə əlverişsiz hava şəraiti davam edir

Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir.AZƏRTAC xəbər verir ki, artıq bir neçə gündür ölkə ərazisində öz təsirini göstərən qar və güclü külək böyük fəsadlar törədib.Ölkənin Mərmərə bölgəsinin şərqində, xüsusilə Kocaeli, Sakarya ve Yalova vilayətlərində axşama doğru yağıntının və küləyin güclənəcəyi bildirilir. Ölkənin daxili və şərq hissələrində şaxtalı və buzlu hava gözlənilir.