CƏMİYYƏT


Son nəfəsinədək Vətən uğrunda döyüşən Asif Talıblı

Vətən müharibəsi başlayanda Biləsuvar şəhərindən olan Talıbovlar ailəsi döyüşə 3 qəhrəman övlad göndərib. Eyni cəbhədən döyüşlərə qatılan qardaşlar sona qədər bir-birilərini görməsələr də, dillər əzbəri olan igidlikləri bu gün onları hamıya tanıdıb. Tarixi zəfərimizə öz şəhadəti ilə imza atan qardaşlardan biri, baş çavuş Asif Talıblının doğumundan 28 il ötür.