MƏDƏNİYYƏT


Bakıda maraqlı sərgi: rəssamların qrafik hekayələri

Gazelli Art House-da “Qrafik Hekayələr” adlı sərgi açılıb. Nümayiş olunan əsərlərdə həm mücərrəd, həm fiqurativ illüstrasiyalar vasitəsilə müxtəlif mövzulara toxunulub. Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, rəssamlar: Tərlan Qorçu, Zöhrab Salam-zadə və Fidan Hümbətlı rəsm əsərlərində dünyanı öz hisslərinin prizmasından təsvir edərək, müəyyən konsepsiyaları çatdırmaq üçün qrafikadan bir platforma kimi istifadə ediblər. Sərgi iyunun 1-dək davam edəcək.