ELM VƏ TƏHSİL


Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası təsdiqlənib

Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası təsdiqlənib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Təhsil Nazirliyindən verilən məlumata görə qərara əsasən, qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq. Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək. Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.