ELM VƏ TƏHSİL


Beyləqanda tam orta təhsil səviyyəsini bitirən 761 məzun üçün “Son zəng” çalınıb

İyunun 14-də Beyləqan rayonunun 53 ümumi orta məktəbində “Son zəng” çalınıb. Rayon üzrə 761 şagird tam orta, 1123 şagird isə ümumi orta təhsil səviyyəsini bitirib.
AZƏRTAC-ın bölgə müxbiri Beyləqan rayonu Dünyamalılar kənd tam orta məktəbində keçirilən “Son zəng” mərasimində iştirak edib. Sosial məsafə gözlənilməklə açıq hava şəraitində keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.