MÜSAHİBƏ


Cahid Bağcı: Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü inkişafının təməli siyasi lider Heydər Əliyevə məxsusdur

Bu gün müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anım günüdür. Bu gün biz də, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri olaraq Heydər Əliyevi hörmətlə anır və Azərbaycan xalqına öz diqqətimizi çatdırır, hörmətimizi ifadə edirik. Heydər Əliyevə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk. Şübhəsiz ki, Heydər Əliyev müasir Azərbaycanın quruculuğu və azadlığı uğrunda ciddi addımlar atıb, eyni zamanda, Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin inkişafında önəmli rol oynayıb".AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyevin 18-ci anım günündə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı deyib.