MÜSAHİBƏ


Vüsal Hüseynov: Biz bu gün ulu öndər Heydər Əliyevin görmək istədiyi qalib Azərbaycanda yaşayırıq

Azərbaycanın inkişafında misilsiz xidmətləri olan, kiçikdən-böyüyədək hər bir vətəndaşımızın xatirəsini əziz tutduğu ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla anılır. Minlərlə insan dahi şəxsiyyətin xatirəsini yad etmək üçün əbədiyaşar liderin məzarını ziyarət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edən zaman jurnalistlərə müsahibəsində deyib.