MƏDƏNİYYƏT


Şimal bölgəsində dulusçuluq ənənəsini yaşadan yeganə sənətkar

Azərbaycanın şimal bölgəsində dulusçuluqla məşğul olan yeganə sənətkar Quba rayonun Yenikənd kəndində yaşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 34 ildir dulusçuluqla məşğul olan Nəcəf Qədirov bu işi həmkəndlilərindən öyrənib. Hərbi xidmətdən qayıtdıqdan sonra kənddəki Yusif və Səfər adlı sənətkarlardan dulusçuluğun sirlərini öyrənən Nəcəf 22 yaşından özü saxsı məmulatlar hazırlamağa başlayıb.