MÜSAHİBƏ


Məlahət İbrahimqızı: Azərbaycan-Türkiyə qardaşlığı yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatına da təsirini göstərəcək

“Bərabər yürüdük biz bu yollarda” kitabında əksini tapan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları gələcək nəsillər üçün mühüm irs, mayakdır.AZƏRTAC xəbər verir ki, bu fikirləri adıçəkilən kitabın Ankarada keçirilən təqdimatı çərçivəsində verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı deyib.