MÜSAHİBƏ


Rauf Məmmədov: İlk növbədə yarışdan zövq almaq istəyirəm

Sevindirici haldır ki, ənənəvi “Vüqar Həşimov memorialı” bu il baş tutdu. Pandemiya səbəbindən keçən il bu nüfuzlu yarış keçirilməmişdi. Bu da yaxşı haldır ki, yarış ilk dəfə Bakıda təşkil edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Rauf Məmmədov Bakıda Vüqar Həşimovun xatirəsinə həsr olunan yeddinci beynəlxalq super turnirin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.