MÜSAHİBƏ


Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsinə dair beynəlxalq konfransın məruzələri nizamişünaslıqda yeni tədqiqatlar üçün əsas olacaq

Bu gün Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. İl ərzində ölkəmizdə Nizami Gəncəvi irsinə həsr edilmiş müxtəlif tədbirlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu beynəlxalq konfrans çərçivəsində jurnalistlərə müsahibəsində BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev söyləyib.