CƏMİYYƏT


Teymur Musayev: Hazırda Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyət idarəolunandır

Ölkəmizdə və dünyada koronavirusa yoluxma sayı kəskin artıb. Bunu “omikron” ştamı ilə əlaqələndirmək olar. Ötən 10 həftə ərzində dünyada 90 milyon insan “omikron”a yoluxub. Hazırda Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyət idarəolunandır. Xəstələrin xəstəxanaya çatdırılmasında və müvafiq müalicələrin təmin edilməsində heç bir problem yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.