CƏMİYYƏT


Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

Azərbaycanda martın 19-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.