CƏMİYYƏT


Novruz bayramında Bakıya qar yağdı

Milli Hidrometeorologiya Xidmətinin martın 20-si saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb və qar örtüyü əmələ gəlib. Abşeron yarımadasının bəzi yerlərində səhər saatlarında sulu qar yağıb.