MƏDƏNİYYƏT


Aktyor Səməndər Rzayevi xatırlayırıq

Tanınmış teatr və kino aktyoru, Əməkdar artist Səməndər Rzayevin doğum günüdür. O, 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb, yaradıcılığının ən yaddaqalan illərini isə Akademik Dram Teatrında keçirib. Ömrünün son gününə kimi də bu teatrda fəaliyyət göstərib, biri digərinə bənzəməyən obrazlar qalereyası yaradıb.