İDMAN


UEFA Avropa Liqası: “Qarabağ” klubunun qrup mərhələsindəki rəqibləri müəyyənləşib

Avqustun 26-da UEFA Avropa Liqasının 2022-2023-cü il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubunun qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Azərbaycan çempionu G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) komandaları ilə mübarizə aparacaq.