İDMAN


Şəhid oğlu atasının xatirəsinə həsr olunan güləş turnirində birincilik əldə edib

Füzulidə Aprel döyüşləri şəhidi mayor Elnur Əliyevin xatirəsinə həsr edilən sərbəst güləş üzrə respublika turniri keçirilib. Yeniyetmə pəhləvanlar gücünü sınayıb, qaliblər müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonu 11 saylı Qayıdış qəsəbəsində Azərbaycan Güləş Federasiyasının, Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə şəhid Elnur Əliyevin xatirəsinə həsr olunan sərbəst güləş üzrə I Respublika turniri keçirilib.