ELM VƏ TƏHSİL


Son bir ayda Bakıda 5 min 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, bu il 41 min 87 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub. Bu uşaqların tərbiyəsi ilə 4 min 299 müəllim məşğul olur.