İDMAN


Ağdamın “Qarabağ” klubu Fransanın “Nant” komandasını 3 cavabsız qolla məğlub edib

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.AZƏRTAC xəbər verir ki, G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib.Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.